Bakı. 31 avqust. REPORT.AZ/ Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Qırğızıstanda keçiriləcək sammiti ərəfəsində baş tutacaq nazirlər görüşündə Azərbaycanı xarici işlər nazirinin müavini Ramiz Həsənov təmsil edəcək.
"Report" xəbər verir ki, bunu avqustun 31-də keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, quruma üzv olan dövlətlərin xarici işlər nazirlərinin iclası sentyabrın 2-də keçiriləcək. XİN rəsmisi deyib ki, sammitin özü sentyabrın 3-də baş tutacaq. Azərbaycan Prezidenti İlham Əliyevin sammitə qatılacağı gözlənilir.