Nazir müavini: "Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində 4 sənədin qəbul olunacağı gözlənilir"

Nazir müavini: "Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində 4 sənədin qəbul olunacağı gözlənilir" Artıq 158 ölkə və beynəlxalq təşkilat Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.
Xarici siyasət
22 Oktyabr , 2019 12:48
Nazir müavini: Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində 4 sənədin qəbul olunacağı gözlənilir
Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov / Report / Elchin Murad

"Artıq 158 ölkə və beynəlxalq təşkilat Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, onların sırasına həmçinin dövlət başçıları, nazirlər və böyük təşkilatların rəhbərləri daxildir: "Sammit zamanı 4 əsas sənədin qəbul edilməsi gözlənilir. Əsas sənəd sammitin yekun bəyannaməsidir. Eyni zamanda Bakı Siyasi Bəyannaməsi, XİN başçılarının Fələstin üzrə bəyannaməsinin də qəbul ediləcəyi gözlənilir".

"Qoşulmama Hərəkatı beynəlxalq münasibətləri tənzimləyən təsirli platformadır. Onun əsas vəzifəsi beynəlxalq hüquq normaları əsasında sülh və təhlükəsizliyi təmin etmək və qorumaqdır", - nazir müavini vurğulayıb.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktybarın 23-24-də isə təşkilat ölkələrinin xarici işlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

Son xəbərlər

Orphus sistemi