Bakı. 10 sentyabr. REPORT.AZ/ Qırğızıstanın Azərbaycandakı səfirliyində Qırğızıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Turdakun Usubaliyevin vəfat etməsi ilə əlaqədar başsağlığı kitabı açılıb.
Səfirlikdən "Report"a verilən məlumata görə, başsağlığı kitabı bu gün və sabah saat 11-dən 16-dək açıq olacaq.
Xatırladaq ki, T.Usubaliyev 1961-ci ildən 1985-ci ilə qədər Qırğızıstana rəhbərlik edib. Qırğızıstan Kommunist Partiyasının keçmiş başçısı 96 yaşında, sentyabrın 7-də Bişkekdə vəfat edib.