Qırğız Respublikasının dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Qırğız Respublikasının dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib Bakı. 23 may. REPORT.AZ/ Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
23 May , 2018 19:30
Qırğız Respublikasının dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Bakı. 23 may. REPORT.AZ/ Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası müstəqillik illərində ölkənin sosial-iqtisadi inkişafına yönəlmiş islahatların aparılmasında sanballı uğurlar qazanıb.

Əminəm ki, ənənəvi dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan qardaş Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra da durmadan möhkəmlənəcək və xalqlarımızın rifahı naminə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, firavanlıq, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".

Son xəbərlər

Orphus sistemi