Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb Nursultan Nazarbayev: "Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin"
Xarici siyasət
24 Dekabr , 2017 09:48
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Əminəm ki, Sizin həyat təcrübəniz və peşəkarlığınız bundan sonra da Azərbaycanın sabit inkişafına və rifahına xidmət edəcək.

Ümidvaram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətləri strateji tərəfdaşlıq əsasında gələcəkdə də durmadan inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm.

Son xəbərlər

Orphus sistemi