Yuxarı

Nikol Paşinyan: "Biz yalnız ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyət göstərmək istəyirik" - ƏLAVƏ OLUNUB

"Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik"

"Ermənistanda on ildən çox rüşvətxor və zorakı hökumət hakimiyyətdə olub. Ancaq bu hakimiyyətə sülh yolu ilə son qoymağa nail olmuşuq".

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı deyib.  

O, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Biz istəyirik ki, bu münaqişə yalnız sülh yolu ilə həll olunsun. Bunun üçün də uzun müddətdir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyət göstərmək istəyirik. Çünki yalnız bu qurum əvvəldən hadisələri yaxından izləyib və hər bir addımdan xəbərdardır".

"Çox şadam ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə birbaşa danışıqlar aparmağa nail olmuşuq. Düzdür, hələlik bir sıra məqamlarla bağlı razılığa gələ bilməmişik. Lakin aramızda bu danışıqların aparılması üçün yaxşı atmosfer yaratmağa nail olmuşuq. Lakin gərək Azərbaycan və Ermənistan xalqı da sülhə hazır olsun. Biz cəmiyyətlərimizi sülhə hazırlamalıyıq", - N.Paşinyan vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi