TASS İnformasiya Agentliyinin baş direktorunun müavini Mixail Qusman “Report” İnformasiya Agentliyinin Rusiya bürosuna müsahibə verib.
"Report" həmin müsahibəni təqdim edir:
- Rusiya ilə Azərbaycan arasında münasibətlərin 2019-cu ildəki inkişafını necə dəyərləndirirsiniz?
- Dünya 2020-ci ilin astanasındadır və təbii ki, başa çatmaqda olan ilə yekun vurmaq məqamıdır. Rusiya ilə Azərbaycan arasında əlaqələrdən söz düşərkən ikitərəfli təmaslar, keçirilən müxtəlif tədbirlər, görülən səmərəli işlər baxımdan yola salmağa hazırlaşdığımız 2019-cu il əvvəllər heç xatırlamadığım qədər qaynar, məhsuldar oldu. İlk növbədə, ölkələrimizin prezidentləri - Vladimir Putinlə
- Noyabr ayında Birinci vitse-prezident
- İlk növbədə, fürsətdən istifadə edərək vaxt tapıb mənim üçün doğma TASS agentliyinə, Rusiya televiziyasına müsahibə verdiyinə görə Mehriban xanıma təşəkkürümü bildirmək istərdim. Onun Moskva səfəri son dərəcə məzmunlu, səfər çərçivəsindəki görüş və tədbirlər proqramı olduqca gərgin idi. Belə gərginliyə tab gətirmək heç də asan deyil. Həmin müsahibə səfərə yekun vurdu. Mehriban xanım bu səfərlə bağlı əsas məqamları dəqiq göstərərək ən mühüm hadisələri canlı şəkildə təsvir etdi. Əhəmiyyəti adi rəsmi tədbirin çərçivəsini xeyli aşdığı bu səfər haqqında çox danışılır və danışılacaq da. Qonşu və qeyri-qonşu ölkələrlə bağlı gördüyümüz müxtəlif hallar nəzərə alınsa, Azərbaycanın Birinci vitse-prezidentinin, yəni ölkənin rəhbərlərindən birinin Rusiyaya belə yüksək səviyyədə səfəri və belə hərarətlə qarşılanması ölkələrimizin bir çox bədxahlarının kefinə soğan doğradı. Rusiya Azərbaycana olan münasibətini çox dəqiq, çox açıq və səmimi şəkildə ortaya qoydu. Rusiya rəhbərliyi, ilk növbədə, prezident Vladimir Putin ölkədə Azərbaycanla münasibətlərə nə qədər böyük əhəmiyyət verildiyini nümayiş etdirdi.
- Son vaxtlar Azərbaycanda mühüm islahatlar, kadr dəyişiklikləri aparılır. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Azərbaycanda baş verən islahatlar və kadr dəyişikliklərinə gəlincə, bunlar, heç şübhəsiz, Azərbaycana can yandıran hər kəsin böyük marağına səbəb olur. İlham Əliyevin açıqladığı islahatlar xətti, ölkənin daha da sürətli inkişafı xətti təbii ki, komandanın yenilənməsini şərtləndirir. Çünki İlham Əliyev də daxil olmaqla hər bir lider komandasına arxalanır. Komandası da öz liderini başa düşməli, ölkə prezidentinin bəyan etdiyi islahatları rəhbər tutmalıdır. Ölkəyə rəhbərlik etdiyi illər ərzində İlham Əliyev gözəl nəticələr göstərib, lakin zaman qarşıya yeni tələblər qoyur, yeni nəticələr tələb edir. Məncə, bir lider kimi İlham Əliyev və Mehriban Əliyeva da ölkəni məhz buna doğru aparır. Fikrimcə, islahatlar da məhz buna görə həyata keçirilir. Yeni kadrlar arasında Azərbaycan dövlət xadimlərinin yeni nəslinin görkəmli nümayəndələri var. Bütün bunlar ölkə qarşısında duran vəzifələri hamılıqla, birlikdə yerinə yetirmək zərurətini bir daha göstərir.
- Rusiyada azərbaycanlı diasporunun hazırkı vəziyyəti barədə nə fikirdəsiniz?
- Rusiyada çoxlu soydaşlarımız yaşayır. Bəzi hesablara görə, müxtəlif səbəblər üzündən milyonlarla azərbaycanlı Rusiyaya köçüb. Moskva şəhərində, o cümlədən Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən keçirilən tədbirlərdə dostları, soydaşlarımızı görürəm. Deməliyəm ki, səfir
- Qarşıdan gələn yeni ildə nələr gözləyə bilərik?
- Ümid etmək, gələcəyə bel bağlamaq insanın təbiətindədir. Yeni il bayramı da gələcəyə xoş ümidlər, gözlətilər üzərində qurulur. Hər kəs yeni ilin ötən ildən daha gözəl, xoşbəxt keçəcəyini arzulayır. Amma, Mehriban xanımın da çox doğru dediyi kimi, həyatda çox vaxt uğurları uğursuzluq, qələbəni məğlubiyyət, sevinci kədər əvəzləyir. Mən də, sadəcə olaraq, sevincin daha çox olmasını, hamıya cansağlığı, vətənim Azərbaycanın daha firavan yaşamasını, Azərbaycanda görülən və görüləcək işlərin xeyirli olmasını arzulayıram. Azərbaycanın yeni rəhbərliyinə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident və ölkənin birinci xanımı Mehriban Əliyevaya uğurlar arzulamaq istərdim. Onlar ölkə üçün, xalq üçün çox çalışırlar. Ona görə də Azərbaycan vətəndaşlarının doğma ölkə naminə liderləri ətrafında sıx birləşmələrini arzulayıram.