Yuxarı

Prezidenti İlham Əliyev Bəhreyn Kralına təbrik məktubu göndərib

Prezidenti İlham Əliyev Bəhreyn Kralına təbrik məktubu göndərib
​Azərbaycan Prezidenti Bəhreyn Krallığının milli bayramı münasibətilə Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəni təbrik edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi