Yuxarı

Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib - YENİLƏNİB

Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin ölkəmizə səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə töhfə verdiyi və bu sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olunub.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Kənd Təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasının əhəmiyyətinə toxunulub, mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla qeyd edilib.


*** 17:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi