Yuxarı

Azərbaycan Türkmənistanla vergitutmanın aradan qaldırılması ilə bağlı sazişi təsdiqləyib

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

“Report” xəbər verir ki, bununla da “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış saziş təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi