Prezident İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verib Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Prokopis Pavlopulosa başsağlığı məktubu göndərib.
Xarici siyasət
24 İyul , 2018 19:28
Prezident İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verib

Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti  Prokopis Pavlopulosa başsağlığı məktubu göndərib.

"Report" xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Afina yaxınlığında tüğyan edən meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Son xəbərlər

Orphus sistemi