Yuxarı

Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB

349

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığın əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Həştərxanda Azərbaycan Biznes Mərkəzinin inşa olunduğunu deyən qubernator Aleksandr Jilkin bildirib ki, bu biznes mərkəzi vilayətdə logistik qovşağın yaradılmasına xidmət edəcək. Aleksandr Jilkin Həştərxanda görülən işlərə verdikləri dəstəyə görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti, Fondun Prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya xüsusi təşəkkürünü ifadə edib.

Həştərxan vilayətinin qubernatoru Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günündə Ulu Öndərin adını daşıyan və Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurma işlərinin aparıldığı məktəbdə olduğunu və məktəb şagirdlərinin Prezident İlham Əliyevə salam göndərdiklərini vurğulayıb. 

Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq münasibətlərinin, xüsusən ticari, iqtisadi və regional əməkdaşlığın genişləndirilməsi işində Həştərxan vilayətinin rolunu vurğulayan Prezident İlham Əliyev bununla bağlı qubernator Aleksandr Jilkinə təşəkkürünü bildirib.

Görüşdə 2018-ci ildə Həştərxan vilayəti tərəfindən Xəzər dənizində səyahət gəmilərinin buraxılması və bunun Xəzər hövzəsi ölkələri arasında turizmin inkişafına töhfə verəcəyi qeyd olunub, Həştərxan vilayəti ilə Azərbaycan arasında nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, Azərbaycanın kənd təsərrüfatı məhsullarının vilayət vasitəsilə Rusiya bazarlarına çıxarılması sahəsində birgə tədbirlər haqqında danışılıb.

Söhbət zamanı bu gün Bakıda keçiriləcək Həştərxan Biznes Mərkəzinin təməlqoyma mərasiminin önəmi vurğulanıb, turizm, səhiyyə, kənd təsərrüfatı, təhsil, texnologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə xatirə şəkli çəkdirilib.


*** 11:11

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi