Yuxarı

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

737

Türkiyə Prezidenti göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib, Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi