Prezident İlham Əliyev Omanın yeni sultanını təbrik edib

Prezident İlham Əliyev Omanın yeni sultanını təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
15 Yanvar , 2020 14:54
Prezident İlham Əliyev Omanın yeni sultanını təbrik edib
Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik məktubunda deyilir: 

"Əlahəzrət,

Omanın yeni Sultanı elan olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Oman Sultanlığını ənənəvi dostluq münasibətləri birləşdirir. İnanıram ki, möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi