Yuxarı

Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Uhuru Kenyattanı təbrik edib.

“Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi