Prezident İlham Əliyev Estoniyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Estoniyanın dövlət başçısını təbrik edib Məktub Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə göndərilib
Xarici siyasət
23 Fevral , 2018 17:58
Prezident İlham Əliyev Estoniyanın dövlət başçısını təbrik edib

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulayda təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli xanım Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi