Yuxarı

Prezident İlham Əliyev Əlcəzairin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Əlcəzairin dövlət başçısını təbrik edib

Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib.

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab prezident, 

Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və rifah diləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi