Yuxarı

Prezident İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi ilə görüşüb

Prezident İlham Əliyevin “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşüb.

"Report" xəbər verir ki, görüşdə “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirib.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edilib. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Carlyle Group” arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi