Yuxarı

Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezide

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti, Fransa Kosmik Agentliyinin rəhbəri Jan-İv Lö Qalı qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycanda kosmik sənayenin inkişafında əldə edilən uğurlar qeyd olunub, yüksək texnologiyaların, o cümlədən kosmik sənayenin ölkəmizdə prioritet sahələrdən biri olduğu bildirilib, Azərbaycanın artıq üçüncü süni peykinin orbitə buraxılması mühüm hadisə kimi dəyərləndirilib və ölkənin dünya kosmik ailəsinin üzvü olmasının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyi bildirilib, eyni zamanda, ölkəmizin Beynəlxalq Astronavtika Federasiyası ilə də əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olunub.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


*** 14:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Jan-İv Lö Qalı qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi