Prezident İlham Əliyev Almazbek Atambayevə başsağlığı verib

Prezident İlham Əliyev Almazbek Atambayevə başsağlığı verib “Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”
Xarici siyasət
16 Yanvar , 2017 12:32
Prezident İlham Əliyev Almazbek Atambayevə başsağlığı verib

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə başsağlığı məktubu göndərib.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Hörmətli Almazbek Şarşenoviç,

Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

Son xəbərlər

Orphus sistemi