Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Albaniyanın yeni seçilmiş Prezidentini təbrik edib

    “Albaniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm”

    Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının yeni seçilmiş Prezidenti İlir Metaya təbrik məktubu ünvanlayıb.

    “Report”un xəbərinə görə, təbrikdə deyilir:

    “Hörmətli cənab Meta,

    Albaniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi