​Prezident Fransanın müdafiə naziri ilə görüşüb

​Prezident Fransanın müdafiə naziri ilə görüşüb Görüşdə əlaqələrin müdafiə sənayesi sahəsində genişləndiyi qeyd olunub
Xarici siyasət
6 Fevral , 2015 22:58
​Prezident Fransanın müdafiə naziri ilə görüşüb

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Münxendə Fransa Respublikasının müdafiə naziri Jan-İv Lö Drian ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

Əlaqələrimizin son illərdə müxtəlif sahələr üzrə intensiv inkişaf etdiyi bildirilib. Bu əməkdaşlığın nəticəsi olaraq ötən il Azərbaycanın ikinci peykinin istismara verilməsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Fransa prezidentlərinin qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına, əməkdaşlığın yeni sahələrinin müəyyən olunmasına təkan verdiyi diqqətə çatdırılıb. Əlaqələrimizin müdafiə sənayesi sahəsində də genişləndiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi