Yuxarı
    Bağlamaq

    Polşa və Macarıstan universitetlərində Dağlıq Qarabağla bağlı təqdimatlar və kitab sərgiləri keçirilib

    Tədbirlərdə Pannonia və Vistula universitetlərindən gənc alimlər, doktorant və magistrlər iştirak ediblər

    Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Avropa Universitetlərində gənc alimlər arasında Qarabağ təbliğatı” adlı layihə çərçivəsində 26 oktyabr – 05 noyabr 2017-cı il tarixlərində Macarıstanın Pannonia və Polşanın Vistula universitetlərində gənc alimlər, doktorantlar, magistrlər, universitet müəllimləri, elmi tədqiqatçılar üçün təqdimatlar və kitab sərgiləri təşkil edib.

    “Report” xəbər verir ki, təqdimatlarda Ermənistan tərəfindən işğal edilmiş Qarabağda ermənilər tərəfindən dağıdılmış və total saxtaraşdırılmış tarixi-arxeoloji abidələr haqqında tarixi həqiqətlər təbliğ edilib, universitetlərdə Azərbaycan tarixi, Qarabağ həqiqətlərindən bəhs edən kitab səərgisi təşkil edilib.

    Avropa Gənc Alimlər Şurasının (EURODOC) və onun üzv təşkilatlarının dəstəyi ilə Macarıstan və Polşada təşkil olunmuş elmi təqdimat və kitab sərgilərində Pannonia və Vistula universitetlərindən gənc alimlər, doktorant və magistrlər iştirak ediblər.

    İştirakçılara Qarabağ abidələrinin münaqişədən əvvəlki vəziyyəti və münaqişə dövründə ermənilər tərəfindən dağıdılmış halı şəkillər vasitəsilə iştirakçılara göstərilib. Tədbirin yekununda Qarabağ tarixi-mədəni abidələri barədə sənədli film nümayiş olunub.

    Layihə çərçivəsində növbəti tədbir Almaniyada həyata keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi