Polad Bülbüloğlu Mərakeşin Rusiyaya yeni təyin olunmuş səfirini qəbul edib

Polad Bülbüloğlu Mərakeşin Rusiyaya yeni təyin olunmuş səfirini qəbul edib Azərbaycanın Rusiyakı səfiri Polad Bülbüloğlu Mərakeş Krallığının bu ölkəyə yeni təyin olunmuş səfiri Lotfi Buşaarı qəbul edib.
Xarici siyasət
10 Avqust , 2019 17:52
Polad Bülbüloğlu Mərakeşin Rusiyaya yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanın Rusiyakı səfiri Polad Bülbüloğlu Mərakeş Krallığının bu ölkəyə yeni təyin olunmuş səfiri Lotfi Buşaarı qəbul edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın Rusiyadakı Səfiri, ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb və Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib. Polad Bülbüloğlu Azərbaycan ilə Mərakeş arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. 

Həmçinin o, cari ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının növbəti Zirvə görüşünün keçiriləcəyini qeyd edərək, Mərakeş Krallığının həmin tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümid etdiyini söyləyib. 

Son zamanlar dünyanın müxtəlif bölgələrində separatçı meyllərin artdığını narahatlıqla vurğulayan səfir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun məlumatı həmsöhbətinin diqqətinə çatdırıb və Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə Mərakeş dövlətinə təşəkkür edib.

Bundan əlavə, Azərbaycanın səfiri Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə son qoyulmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrin icrasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda Polad Bülbüloğlu cari ilin 5 avqust tarixində Ermənistan baş nazirinin Xankəndi şəhərində səsləndirdiyi populist bəyanatları qeyd edərək, onların danışıqlar prosesinə ciddi xələl vurduğunu bildirib. 

Mərakeş Səfiri Lotfi Buşaar Mərakeş Krallığının Azərbaycan Respublikasının suverenliyini tam dəstəklədiyini və münaqişənin tezliklə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminliyini ifadə edib. Bundan əlavə, o, 2012-13-cü illərdə Mərakeşin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanla təşkilat çərçivəsində sıx və faydalı əməkdaşlıq etdiyini xatırlayıb. 

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi