Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin daxili işlər naziri İcaz Əhməd Şahla görüşüb.
“Report” Pakistan KİV-ə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasındakı əməkdaşlıq məsələlərini və Kəşmir ətrafındakı vəziyyəti müzakirə ediblər.
Səfir Kəşmir məsələsində Azərbaycanın Pakistanı dəstəklədiyini qeyd edib.
Görüşün sonunda səfir naziri Azərbaycana səfərə dəvət edib və dəvət qəbul olunub.