Yuxarı

Pakistan səfiri: "Dağlıq Qarabağ Azərbaycan üçün nə qədər vacib məsələdirsə, Kəşmir də bizim üçün o dərəcədə əhəmiyyətlidir"

Pakistan səfiri: "Dağlıq Qarabağ Azərbaycan üçün nə qədər vacib məsələdirsə, Kəşmir də bizim üçün o dərəcədə əhəmiyyətlidir"
© Report/ Firi Salim

Bakı. 5 fevral. REPORT.AZ/ "Dağlıq Qarabağ Azərbaycan üçün nə qədər vacib məsələdirsə, Kəşmir də bizim üçün o dərəcədə əhəmiyyətlidir".

"Report" xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand Kəşmir hadisələrin növbəti ildönümünə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Kəşmir BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Hindistan tərəfindən işğal edilib.

"Pakistan beynəlxalq ictimaiyyəti işğala və qan tökülməsinə son qoymaq üçün Hindistana təzyiq göstərməyə çağırır. Bu problem həll edilməyincə bölgədə sülh olmayacaq", - səfir bildirib.

Onun sözlərinə görə, Cammu və Kəşmirdəki münaqişə zamanı 100 mindən çox vətəndaş həlak olub, təqribən, 10 min nəfər itkin düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi