Prezident Administrasiyasının şöbə müdiri: "Azərbaycan KTMT-yə hansısa status almaq üçün müraciət etməyib"

Prezident Administrasiyasının şöbə müdiri: "Azərbaycan KTMT-yə hansısa status almaq üçün müraciət etməyib" Hikmət Hacıyev: "Hazırda Azərbaycanın gündəliyində belə məsələ yoxdur"
Xarici siyasət
17 Sentyabr , 2019 12:13
Prezident Administrasiyasının şöbə müdiri: Azərbaycan KTMT-yə hansısa status almaq üçün müraciət etməyib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev / Report / Firi Salim

"Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hansısa status almaq üçün müraciət etməyib və bu əsnada heç bir müzakirə aparılmır. Hazırda Azərbaycanın gündəliyində belə məsələ yoxdur".

Bunu "Report"un sualına cavab verərkən Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Görünür, Ermənistan tərəfinin müxtəlif səviyyələrdə fobiyası var və bu səbəbdən də Azərbaycan müraciət etməmişdən öncə fobiya və komplekslərindən irəli gələrək, bu məsələni diplomatik çərçivədən kənar qaldırmağa çalışır", - o bildirib.

Son xəbərlər

Orphus sistemi