Yuxarı

Novruz Məmmədov pakistanlı həmkarını təbrik edib

Novruz Məmmədov pakistanlı həmkarını təbrik edib
Dinlə

© Report/ Firi Salim — Azərbaycanın Baş naziri Novruz Məmmədov

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanın baş naziri Novruz Məmmədov İmran Xanı Pakistanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, təbrik məktubunda Novruz Məmmədov qardaş Azərbaycan və Pakistanın xalqları arasında sıx əlaqələrin olduğunu və bunun ikitərəfli strateji əlaqələr üçün möhkəm təməl rolu oynadığını vurğulayıb.

Azərbaycanın baş naziri yeni seçilən həmkarına gələcək fəaliyyətində və Pakistan xalqının rifahı üçün görəcəyi işlərdə uğurlar arzulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi