Novruz Məmmədov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri ilə görüşüb

Novruz Məmmədov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri ilə görüşüb Bakı. 22 iyun. REPORT.AZ/ Baş nazir Novruz Məmmədov Azərbaycanda səfərdə olan ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Xarici siyasət
22 İyun , 2018 14:23
Novruz Məmmədov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Baş nazir Novruz Məmmədov Azərbaycanda səfərdə olan ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, N.Məmmədov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri ilə görüşməkdən məmnunluğunu bildirib. 

Hazırda beynəlxalq vəziyyətin qeyri-sabit olmasının narahatlıq doğurduğunu deyən Baş nazir vurğulayıb ki, belə görüşlər qlobal vəziyyətlə bağlı proqnozlar barədə müzakirələr aparmağa imkan verir. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə sadiq qalaraq Avropa İttifaqı ilə sıx əməkdaşlıq həyata keçirdiyini bildirən Novruz Məmmədov bu münasibətlərin bariz nümunəsi kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolunu qeyd edib.

Görüşdə Azərbaycanın Avropa və Asiyanı birləşdirən nəqliyyat qovşağı kimi rolu da vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti yönəldən Baş nazir Novruz Məmmədov problemin ədalətli həlli istiqamətində ATƏT-in Minsk qrupunun səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət heyətin rəhbəri, Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronik Roje Lekan səfər zamanı onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Diplomat ATƏT-ə üzv ölkələrə hər il belə səfərlərin təşkil olunduğunu deyib.

Nümayəndə heyətinin üzvləri bildiriblər ki, Azərbaycan gənc müstəqil dövlət olsa da, çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi