Nodar Çotniaşvili: "Ermənistanda faşist ideologiyasının dəstəklənmsini pisləyirəm"

Nodar Çotniaşvili: "Ermənistanda faşist ideologiyasının dəstəklənmsini pisləyirəm" Tbilisi. 26 mart. REPORT.AZ/ Bu gün bütün dünyada, eləcə də Cənubi Qafqazda faşizmin təbliği və separatizm meylləri güclənir. Biz buna qarşı birgə mubarizə aparmalıyıq.
Xarici siyasət
26 Mart , 2018 14:51
Nodar Çotniaşvili: Ermənistanda faşist ideologiyasının dəstəklənmsini pisləyirəm

Tbilisi. 26 mart. REPORT.AZ/ "Bu gün bütün dünyada, eləcə də Cənubi Qafqazda faşizmin təbliği və separatizm meylləri güclənir. Biz buna qarşı birgə mubarizə aparmalıyıq".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Guc Strukturları Veteranları Birliyinin sədri Nodar Çotniaşvili soyləyib.

Veteran polkovnik bildirib ki, Boyuk Vətən müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü ərəfəsindəyik: "Amma təəssüflər olsun ki, bu gün dünyada, eləcə də Cənubi Qafqazda separatizm və faşizm meylləri artır. Ermənistanda Qaregin Nijdeyə abidə qoyulur. Bu, yolverilməzdir. Bu, gənc nəslin tərbiyəsinə də mənfi təsir göstərir, regionda faşizm ideologiyasının artmasına xidmət edir. Biz xalqlarımızı azadlığa çıxaran, qəhrəmancasına həlak olan insanlarımıza abidə qoymalıyıq. Ermənistanda isə faşizm tərəfdarına abidə qoyulur. Biz birləşməli və bu cür hallara qarşı birgə mübarizə aparmalıyıq. Mən müharibənin ağrı-acısını, necə böyük fəlakətlər gətirdiyini, faşizmin necə boyük bəlalar gətirdiyini görmüşəm. Ona görə də, Ermənistanın separatçı hərəkətini, faşizmi dəstəkləməsini qınayıram".

Son xəbərlər

Orphus sistemi