Yuxarı

Niderland mətbuatında Azərbaycanla bağlı “Möcüzələr ölkəsi” yazısı dərc olunub

Niderland mətbuatında Azərbaycanla bağlı “Möcüzələr ölkəsi” yazısı dərc olunub

Bakı. 9 avqust. REPORT.AZ/ Niderland mətbuatında Azərbaycandan, ölkənin turizm imkanlarından bəhs olunan “Möcüzələr ölkəsi” yazısı dərc olunub.

"Report"un məlumatına görə, soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasovun hazırladığı yazıda qeyd olunub ki, Azərbaycan dünyada yalnız neft ölkəsi kimi deyil, Nizami, Füzuli, Nəsimi, Üzeyir Hacıbəyov, Qara Qarayev kimi şair, yazıçı, bəstəkarlarla da tanınır.

"RFG Magazine" nəşrində dərc olunan yazıda son vaxtlarda Azərbaycana çoxsaylı turistlərin gəldiyini qeyd edən müəllif ölkəmizə gələnlərin marağını cəlb edən Yanar Dağdan söhbət açır, Qubaya, Qusara olan səfərlərindən bəhs edir. 

Yazının əsas hissəsində isə Azərbaycanın qədim yerlərindən biri olan Şəkidən bəhs olunur. Şəki Xan Sarayından geniş söhbət açan müəllif qeyd edib ki, saray 1797-ci ildə inşa edilib və sarayın özəlliklərindən biri də budur ki, pəncərələrin hazırlanmasında mismardan, yapışdırıcıdan istifadə edilməyib. Şəkililərin çox yardımsevər, qonaqpərvər olduğunu yazan soydaşımız bildirib ki, əgər sən küçədə kimdənsə bir ünvan soruşsan, həmin şəxs axtardığın ünvana qədər sənə bələdçilik edər. Şəkiyə gəlib Şəki paxlavasının dadına baxmamağın mümkünsüzlüyü yazıda xüsusi qeyd olunub. 

“Azərbaycan elə bir ölkədir ki, ora bir dəfə getdinsə, yenə getmək istəyəcəksən. Şəkini də bu sıraya daxil etmək olar, hər səfərində yeni bir şey görəcəksən” – müəllif yazısını bitirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi