Nazir: "2018-ci ildə Azərbaycanla Cənubi Koreya arasında ticarət dövriyyəsi 227 milyon dollar olub"

Nazir: "2018-ci ildə Azərbaycanla Cənubi Koreya arasında ticarət dövriyyəsi 227 milyon dollar olub" Son illər Azərbaycanla Cənubi Koreyanın əlaqələri daha da artıb.
Xarici siyasət
8 Oktyabr , 2019 20:50
Nazir: 2018-ci ildə Azərbaycanla Cənubi Koreya arasında ticarət dövriyyəsi 227 milyon dollar olub

Son illər Azərbaycanla Cənubi Koreyanın əlaqələri daha da artıb.

“Report” xəbər verir ki, bu barədə Koreyanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda nitqi zamanı Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib.

“Azərbaycanla Koreya arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir. Burada qarşılıqlı səfərlərlə yanaşı, 50-dək imzalanmış sənədin də mühüm rolu qeyd edilməlidir. Son illər iqtisadi əlaqələrin daha sürətlə inkişaf edir. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 227 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,6 dəfə çoxdur”, - deyən nazir Cənubi Koreyanın beynəlxalq miqyasda da Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyini, ərazi bütövlüyünü daim dəstəklədiyini xüsusi vurğulayıb.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op da 1992-ci ildən təməli qoyulmuş ikitərəfli münasibətlərin ildən-ilə daha geniş sahələri əhatə etdiyini bildirib: “Bu münasibətlərdə mədəni-humanitar əlaqələrin xüsusi yeri var. Belə ki, Azərbaycan Dillər Universitetində Koreya Mərkəzinin, Azərbaycan – Koreya Mədəni Mübadiləsi Assosiasiyasının (SEBA) səmərəli fəaliyyəti qeyd olunmalıdır. Səfirliyimiz 2014-cü ildən Dağlıq Qarabağdan məcburi köçkünlər üçün hər il müvafiq proqramlar icra edir. Bu ilin sentyabr ayında onlar üçün inşa edilən Qobu Park yaşayış kompleksinə baş çəkmişik”.

Son xəbərlər

Orphus sistemi