Azərbaycanın Rusiyadakı səfirliyi 28 May - Respublika Günü və diplomatik orqanların yaradılmasının 100 illiyi münasibətilə Moskvada rəsmi qəbul təşkil edib.
"Report"un yerli bürosu xəbər verir ki, Rusiya dövlət və hökumət rəsmilərinin, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səslənib.
Azərbaycanın Rusiyadakı səfiri
Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Azərbaycana qarşı hərbi təcavüz siyasəti yürüdən Ermənistan ərazilərimizin 20 faizini işğal altında saxlamağa davam edir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə, Minsk qrupu ölkələrinin liderlərinin bəyanatlarına baxmayaraq, Ermənistan işğal latındakı ərazilərdə status-kvonun qorunub saxlanılması üçün tədbirlər görməyə davam edir. Ermənistan dünya ictimaiyyəti tərəfindən hərbi təcavüzün nəticələrinin legitimliyinin heç vaxt tanınmayacağını anlamalıdır. Prezident İlham Əliyev, sadəcə, danışıqlar xətrinə deyil, bu problemi ölü nöqtədən tərpədə biləcək real danışıqlara hazır olduğumuzu bildirib. Azərbaycan Ermənistan istisna olmaqla dünyanın bütün ölkələri ilə dostluq və qarşılıqlı sərfəli münasibətlər qurub".
P.Bülbüloğlu həmçinin Azərbaycan-Rusiya münasibətlərinin bugünkü durumundan da danışıb: "Hər iki ölkə lideri arasında şəxsi əlaqələrin mövcudluğu Rusiya və Azərbaycanın hərtərəfli strateji əməkdaşlığı üçün əlverişli şərait yaradır.
Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin isə Rusiya və Azərbaycan münasibətlərinin əsasında bərabərhüquqluluq, mehriban qonşuluq, ümumu tarix və mədəniyyət prinsiplərinin dayandığını vurğulayıb: "Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər möhkəm əsas üzərində qurulub. Dövlət başçıları arasındakı münasibətlərin səviyyəsi olduqca yüksəkdir, onlar daim təmasdadırlar. 2018-ci ildə Rusiya və Azərbaycan prezidentləri altı dəfə görüşüblər. Bu gün ötənilki münasibətlərdəki müsbət dinamikanı qoruyub saxlamaq üçün bütün imkanlar var". Diplomat iki ölkə arasında iqtisadi əlaqələrin də yüksələn xət üzrə inkişaf etdiyini diqqətə çatdırıb.
Tədbir konsert proqramı ilə davam edib.
İqbal Rüstəmov