Bakı. 26 sentyabr. REPORT.AZ/ Monteneqronun Baş naziri Duşko Markoviç Azərbaycana səfər edəcək.
"Report"un məlumatına görə, bunu Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi Zoran Yankoviç deyib.
Onun sözlərinə görə, hazırda hökumət başçısının səfəri ilə bağlı müvafiq işlər aparılır. Dövlət katibi hesab edir ki, səfər Azərbaycan-Monteneqro ikitərəfli münasibətlərin inkişafına təkan verəcək.