Yuxarı

Monqolustan XİN başçısı: "ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu təcrübə mübadiləsi və əməkdaşlıq üçün mühüm platforma olacaq"

Monqolustan XİN başçısı: "ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu təcrübə mübadiləsi və əməkdaşlıq üçün mühüm platforma olacaq"

© Report/ Elchin Murad

Bakı. 13 mart. REPORT.AZ/ "ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu təcrübə mübadiləsi və əməkdaşlıq üçün mühüm platformaya çevriləcək. Bu təşəbbüs həm tarixi, həm də siyasi mənada çox əhəmiyyətlidir".

"Report" xəbər verir ki, bunu Monqolustanın xarici işlər naziri Soqbatar Damdin ATƏT-in Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında çıxış edərkən deyib.

O qeyd edib ki, Monqolustan uzun müddət ərzində qədim İpək yolu ilə bağlı mühüm rol oynayıb. 

"Monqolustan "Bir qurşaq - bir yol" təşəbbüsünün ölkəni arzulanan səviyyəyə çatdıracağına, eləcə də sülh və sabitliyə böyük töhfə verəcəyinə ümid edir. Axı, İpək Yolu təşəbbüsü regionda dərin əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib. İqtisadi əməkdaşlığın uğurla həyata keçirilməsi bölgənin inkişafına böyük təsir göstərəcək", - XİN başçısı bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi