Yuxarı

Moldovanın sabiq prezidenti: "Azərbaycan uzun illərdir sabit inkişaf edir"

Moldovanın sabiq prezidenti: "Azərbaycan uzun illərdir sabit inkişaf edir"

Bakı. 15 mart. REPORT.AZ/ "Azərbaycan uzun illərdir sabit inkişaf edir".

"Report"un xəbərinə görə, bunu VI Qlobal Bakı Forumu çərçivəsində “Çoxluqlar azlıqlara qarşı” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı Moldovanın sabiq prezidenti Pyotr Luçinski deyib.

Onun sözlərinə görə, elə mexanizm işləyib hazırlamaq lazımdır ki, hakimiyyətə savadlı və dürüst insanlar gəlsin. O, Azərbaycanı müsbət nümunə kimi göstərərək bildirib ki, ölkənin inkişafı bununla birbaşa bağlıdır: "Tarixə bu cür hadisələr məlumdur. Peşəkar olmayan şəxslər dövlətlərin rəhbərliyində olduqda, onlar beynəlxalq siyasi mənzərəyə mənfi təsir göstərir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi