Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Mən bu gözəl fürsətdən istifadə edərək dost ölkələrimizin maraqları naminə ikitərəfli münasibətlərimizin bütün sahələrdə daha da inkişafını ürəkdən arzuladığımı bildirirəm.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram".