Yuxarı

Milli Məclisin deputatının hazırladığı məruzə AŞPA-da qəbul edilib

Milli Məclisin deputatının hazırladığı məruzə AŞPA-da qəbul edilib
Dinlə

Strasburq. 10 oktyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Avropada miqrantların və diaspor icmalarının radikallaşması"na dair qətnamə qəbul edib.

“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, sənəddə quruma üzv dövlətlərə bu sahədə dövlət siyasətinin yürüdülməsinə, radikallaşmanın qarşısını almaq üçün dövlət strategiyasının işlənib hazırlanmasına dair tövsiyələr verilib.

Qətnamə 109 nəfər lehinə, 7 nəfər əleyhinə və 2 nəfər bitərəf olmaqla qəbul edilib. 

Qeyd edək ki, sənəd Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova tərəfindən hazırlanıb.

Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi