Mikayıl Cabbarov: "TRACECA karvanı öz yoluna davam edəcək"

Mikayıl Cabbarov: "TRACECA karvanı öz yoluna davam edəcək" Avropa-Qafqaz Asiya Nəqliyyat Dəhlizi (TRACECA) layihəsi onu əngəlləmək cəhdlərinə baxmayaraq həyata keçiriləcək və irəli gedəcək.
Xarici siyasət
6 Dekabr , 2019 11:34
Mikayıl Cabbarov: TRACECA karvanı öz yoluna davam edəcək
İqtisadiyyat naziri Mikayıl Cabbarov / Report

"Avropa-Qafqaz Asiya Nəqliyyat Dəhlizi (TRACECA) layihəsi onu əngəlləmək cəhdlərinə baxmayaraq həyata keçiriləcək və irəli gedəcək". 

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı ilə bağlı Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20-ci ildönümünə həsr
olunmuş beynəlxalq konfransda və TRACECA hökumətlərarası komissiyasının daimi katibliyinin 14-cü iclasında bildirib.

“Qonşularımızın reaksiyası başa düşüləndir. Yerevandan gəlib Bakını əyani şəkildə görürlər və bunları qavramağın asan olmadığını dərk edirlər” – deyən M.Cabbarov Azərbaycanın konstruktiv yanaşmaya tərəfdar olduğunu qeyd edib: “Destruktiv yanaşma daha asan və dağıdıcıdır ki, bunun fəsadlarını ilk növbədə qonşu ölkənin timsalında görürük. Onlar bir çox layihələrdən kənarda qalıb, özlərini iqtisadi və nəqliyyat baxımdan dalana salıblar və görünür, bu vəziyyətdən çıxmaq da istəmirlər”.

Nazir həmçinin tədbirin proqramına Heydər Əliyevin Fəxri Xiyabandakı qəbrinin ziyarətinin də salınmasına dair Ermənistan nümayəndələrinin iradlarına cavab verib: “Böyük Heydər Əliyevin həyata keçirdiyi, başında durduğu baxış tərzi olmasa TRACECA layihəsi ortaya çıxmaz, baş tutmazdı. Təbii ki, Azərbaycan tərəfi də bu yubiley tədbirinin proqramını tərtib edərkən hər bir mədəni insanın başa düşdüyü prinsiplərə söykənərək bütün regionumuzun inkişafında misilsiz xidmətləri olan şəxsiyyətlərin xatirəsinə hörmət ifadə edib”.

Gələn il faşizm üzərində qələbənin 70 illiyinin qeyd ediləcəyini xatırladan iqtisadiyyat naziri Yerevan şəhərinin mərkəzində nasistlərlə yaxından əməkdaşlıq etmiş erməni millətçi lideri Qaregin Njdenin heykəli olduğuna qonaqların, o cümlədən Ermənistan nümayəndə heyətinin diqqətini cəlb edib. 

“Sizi Heydər Əliyev Mərkəzinə dəvət etmək istərdim. Orada sizin doğma şəhəriniz (Yerevan – red.) haqqında sərgi nümayiş olunur. Gürcü həmkarlarımızın bizə nəzakətlə təqdim etdiyi bu sərgi vasitəsilə sizi inandırıram ki, şəhəriniz haqqında, onun yaranma tarixi haqqında çox şey öyrənə bilərsiniz. Əlbəttə ki, buna marağınız varsa. TRACECA-ya gəlincə isə, bu karvan öz yoluna davam edəcək”.

Son xəbərlər

Orphus sistemi