Yuxarı

MDB XİNŞ-in iclası aprelin əvvəlində Almatıda keçiriləcək

​MDB XİNŞ iclası aprelin əvvəlində Almatıda keçiriləcək

MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının 2020-ci il aprelin 3-də Almatıda keçirilməsi planlaşdırılır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Minskdə jurnalistlərə açıqlamasında MDB İcraiyyə Komitəsinin sədri - içraçı katib Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, iclasın Almatıda keçirilməsinin təklifi Qazaxıstan tərəfdən gəlib.

"Müzakirə olunacaq əsas məsələlər humanitar və siyasi qarşılıqlı fəaliyyət sferalarına aiddir", - S.Lebedev deyib.

Bundan əlavə, 2019-cu ildə Xarici İşlər Nazirləri arasındakı məsləhətləşmələrin nəticələri müzakirə olunacaq, 2020-ci ildə onların keçirilməsi üçün plan hazırlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi