Bakı. 28 sentyabr. REPORT.AZ/ MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası gələn il aprelin 5-də Moskva şəhərində keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə qərar Tacikistan paytaxtı Düşənbədə keçirilən iclasda qəbul olunub.
Məlumata görə, XİN başçılarının beynəlxalq və regional məsələlərin müzakirə edildiyi Düşənbə toplantısında mədəniyyət, təhsil sahəsindəki əməkdaşlığı ehtiva edən sənədlər nəzərdən keçirilib, 2019-2020-ci illəri əhatə edən humanitar əməkdaşlığa dair tədbirlər planı təsdiq olunub.