Yuxarı

MDB-nin növbəti sammiti Daşkənddə keçiriləcək

MDB-nin növbəti sammiti Daşkənddə keçiriləcək

MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2020-ci il oktyabrın 16-da Daşkənd şəhərində keçiriləcək.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə \MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev məlumat verib. 

Onun sözlərinə görə, gələn il təşkilatın həmsədrləri vəzifəsini Türkmənistan və böyük ehtimalla 2021-ci ildə sədrliyi təhvil alacaq Belarus yerinə yetirəcəklər.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən səs qoyulan məsələ yekdilliklə qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi