Mariam Valişvili: “Regionda birgə həyata keçirdiyimiz layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”

Mariam Valişvili: “Regionda birgə həyata keçirdiyimiz layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır” “Bizim əməkdaşlığımız QDİƏT-ə üzv olan ölkələr üçün də əhəmiyyətlidir”
Xarici siyasət
11 Aprel , 2017 15:12
Mariam Valişvili: “Regionda birgə həyata keçirdiyimiz layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”
Report.az

Tbilisi. 11 aprel. REPORT.AZ/ “Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahəsində birgə həyata keçirdikləri irimiqyaslı layihələr, təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin Tbilisidə keçirilən 48-ci iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə əməkdaşlığı regionun inkişafında da mühüm rol oynayır: “Birgə həyata keçirilən enerji layihələri nəticəsində ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələri daha da möhkəmlənib”.

“Bizim əməkdaşlığımız QDİƏT-ə üzv olan ölkələr üçün də əhəmiyyətlidir. Biz birgə əməkdaşlıq etməklə alternativ enerji layihələrinin icrasında, bio və digər enerji mənbələrindən istifadədə uğur qazana bilərik”, - V.Malişvili vurğulayıb.

Son xəbərlər

Orphus sistemi