Malena Mard: "Azərbaycan mənim qəlbimdə əbədi qalacaq"

Malena Mard: "Azərbaycan mənim qəlbimdə əbədi qalacaq" Aİ səfirinin jurnalistlərlə vida mərasimi keçirilib
Xarici siyasət
5 İyul , 2017 22:10
Malena Mard: Azərbaycan mənim qəlbimdə əbədi qalacaq
Report.az

Bakı. 5 iyul. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Malena Mard Bakıda diplomatik missiyasının başa çatması münasibəti ilə jurnalistlərlə vida mərasimi keçirib.

"Report" xəbər verir ki, M.Mard Bakıda keçirdiyi bu illərin onun üçün "fantastik təcrübə" olduğunu bildirib:

"Azərbaycan mənim qəlbimdə əbədi qalacaq. Bu ölkə mənim və ailəmin xatirində səxavətliliyi və qonaqpərvərliyi ilə qalacaq".

M.Mard qeyd edib ki, Aİ yaxın vaxtlarda Bakıda, həmçinin mədəniyyət sahəsində olmaqla bir sıra layihələr reallaşdırmağı planlaşdırır. O, eləcə də, Azərbaycan və Aİ arasında yeni sazişlə bağlı aparılan danışıqların əhəmiyyətini vurğulayıb.

M.Mard Aİ-nin Azərbaycandakı nümayəndəliyinə 2014-cü ildən rəhbərlik etməyə başlayıb. Onun davamçısının adını sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi