Yuxarı

Mahmud Məmməd-Quliyev: “Şərq tərəfdaşlığı”na üzv olan ölkə digər tərəfdaş ölkənin ərazisini işğal edə bilməz"

​Mahmud Məmmədquliyev: “Şərq tərəfdaşlığı”nın gələcəyi və uğuru region
© Report

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının gələcəyi və uğuru regionda təhlükəzilik və sabitliyin qorunub saxlanılmasından asılıdır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Batumidə keçirilən “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın, demək olar ki, bütün qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətləri var: “Azərbaycan özünü bölgədə etibarlı tərəfdaş kimi təsdiq edib. Təəssüflər olsun ki, regional əlaqələr və sərhədyanı ticarət layihələri kimi bəzi regional perspektivlər həll olunmamış münaqişələrin girovu olaraq qalmaqdadır”.

M.Məmməd-Quliyev deyib ki, Avropa Parlamentinin Avropa qonşuluq siyasəti haqqında qətnaməsində qeyd olundğu kimi, “Şərq tərəfdaşlığı”na üzv bir ölkə digər tərəfdaş ölkənin ərazisini işğal edə bilməz: “Ərazi bütövlüyü, müstəqillik, suverenlik və münaqişələrin sülh yolu ilə həll olunması məsələləri bütün sənədlərdə və səviyyələrdə öz əksini tapmalıdır”.

Nazir müavini Aİ və Azərbaycan arasında mövcud iqtisadi əməkdaşlıq məsələlərinə də toxunub: “Azərbaycan Asiya və Avropa arsında təbii körpü olaraq 4 əsas dəhlizə - Şərq-Qərb, Cənub, Cənub-Qərb və Şimal-Qərb dəhlizlərinə böyük investisiyalar qoyur. Azərbacanda həmçinin Niderland, İtaliya, Gürcüstan, Ukayna, Polşa, Rumıniya, Avstriya, Macarıstan və Almaniyanın loqistika şirkətləri fəaliyyət göstərir. Çin, Yaponiya, Cənubi Koreya və Vyetnam kimi bir sıra ölkələr Azərbaycanın nəqliyyat və loqistika potensialından istifadəyə cəlb oluna bilərlər”.

M.Məmməd-Quliyev Azərbaycanın Cənub Qaz Dəhlizinin reallaşadırılması vasitəsilə Aİ ilə strateji tərəfdaşlığı davam etdirdiyini qeyd edib.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda iqtisadi islahatlarla yanaşı, dövlət idarəçiliyinin gücləndirilməsi, qanunvericilik və insan haqları, korrupsiya ilə mübarizə və digər sahələrdə də geniş miqyaslı islahatlar həyata keçirilir: “Təhsil sahəsinini inkişafı da daxili siyasətin əsas prioritetlərdən biridir. Belə ki, yaxşı təhsilli cəmiyyət uğurlu və dayanıqlı inkişafın zəmanətidir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi