"Venesuela prezidenti Nikolas Maduronun Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirakı gözlənilir".
"Report" xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.
O bildirib ki, hazırda olan məlumata görə, Maduranın da iştirakı gözlənilir, lakin hər şey samitin başladığı gün bilinəcək.
Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.
Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.