“Lukoyl” şirkətinin prezidenti İlham Əliyevi təbrik edib

“Lukoyl” şirkətinin prezidenti İlham Əliyevi təbrik edib Bakı. 22 dekabr. REPORT.AZ/ “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov qarşıdan gələn doğum günü münasibətilə Azərbaycan Pezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
22 Dekabr , 2018 00:45
“Lukoyl” şirkətinin prezidenti İlham Əliyevi təbrik edib

Bakı. 22 dekabr. REPORT.AZ/ “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov qarşıdan gələn doğum günü münasibətilə Azərbaycan Pezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz, nadir siyasi uzaqgörənliyə, zəngin təcrübəyə və rəhbərlik istedadına malik olmaqla, həyatınızı dövlətə xidmətə, onun təsisatlarının təkmilləşdirilməsinə, iqtisadiyyatın inkişafı və sosial rifahın təmin olunmasına həsr etmisiniz. Sizin səylərinizlə ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün möhkəm təməl yaradılıb. Bu gün biz həmin çoxillik işin nəticələrini görürük, dünyada siyasi və iqtisadi vəziyyətin heç də sadə olmaması fonunda Azərbaycan davamlı irəliləyiş nümayiş etdirir.

İcazə verin, LUKOYL şirkətinin Azərbaycan Respublikasında fəaliyyətinə göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirim. Sizi əmin etmək istəyirəm ki, biz qarşımıza qoyulmuş bütün vəzifələri fəal surətdə yerinə yetirməkdə davam etməyə və birgə layihələr üzrə əməkdaşlığı inkişaf etdirməyə hazırıq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, əmin-amanlıq və Azərbaycanın rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni böyük uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi