Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs ölkəmizdəki diplomatik missiyasını başa vurur.
Bu barədə "Report"a Latviyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Səfirlikdən deyiblər ki, səfir Azərbaycanı iyulun 11-də tərk etməyi planlaşdırır.
Xatırladaq ki, daha əvvəl "Report" Latviyanın Azərbaycandakı səfirini dəyişəcəyini yazmışdı.