Latviya səfiri: "Azərbaycan XİN rəhbərinin Riqaya səfərini səbirsizliklə gözləyirik"

Latviya səfiri: "Azərbaycan XİN rəhbərinin Riqaya səfərini səbirsizliklə gözləyirik" Azərbaycan Latviyanın Cənubi Qafqazda əhəmiyyətli iqtisadi partnyorudur.
Xarici siyasət
15 Noyabr , 2019 02:02
Latviya səfiri: Azərbaycan XİN rəhbərinin Riqaya səfərini səbirsizliklə gözləyirik

"Azərbaycan Latviyanın Cənubi Qafqazda əhəmiyyətli iqtisadi partnyorudur".

"Report"un məlumatına görə, bu barədə Latviya Respublikasının yaradılması Günü münasibəti ilə keçirilən qəbulda bu ölkənin Azərbaycandakı səfiri Daynis Qarançs bildirib.

Səfir son bir neçə ildə ölkələr arasında əmtəə dövriyyəsinin artdığını qeyd edib. "Latviyadan Azərbaycana bir vaxtlar əsasən qida məhsullarından ibarət olan malların ixracında indi dərmanlar və tikinti materialları əsas yer tutur", - deyə səfir bildirib.

D.Qarançs vurğulayıb ki, Latviya Azərbaycanda keçirilən tvinninq layihələr fəal iştirak edir və öz təcrübəsini bundan sonra da bölüşməyə hazırdır.

Onun sözlərinə görə, ikitərəfli əlaqələrin inkişafına həmçinin iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın fəaliyyəti impuls verir, iyulda Latviya hökuməti komissiyaya yeni rəhbər təyin edib.

Səfir həmçinin bildirib ki, Azərbaycanın xarici işlər naziri Elmar Mammədyarovun ən yaxın aylarda Riqaya səfərini səbirsizliklə gözləyir.

Son xəbərlər

Orphus sistemi