Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik fəaliyyəti başa çatıb

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik fəaliyyəti başa çatıb Bakı. 6 noyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Marta Ines Qalinda Penyanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici siyasət
6 Noyabr , 2018 15:38
Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik fəaliyyəti başa çatıb
Report.az
0 : 00
0 : 00

Bakı. 6 noyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Marta Ines Qalinda Penyanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Kolumbiya arasında mövcud olan ikitərəfli münasibətlər, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə olunub, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Marta Ines Qalinda Penyadiplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov Azərbaycan və Kolumbiya arasında münasibətlərin inkişafına verdiyi töhfələrinə görə Marta Ines Qalinda Penyaya təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Son xəbərlər

Orphus sistemi